Gəl bir gününü də,mənə bəxş elə
Ol bahar yağişi,qelbimə cilə
Qoy tutum əlindən,düşməyək selə
Bir səninlə,mənim dünyam gözəldir
Gəlginən sözləri,verməyək yelə
Gedək bir sahilə,bürünüm telə
İzin ver toxunum,o nazik belə
Bir səninlə mənim,dünyam gözəldir
Seyr edək dənizin ləpələrini
Öpməkdən doymayım,gül əllərini
Sıxım qucaqlayım,duyum ətrini
Bir səninlə mənim,dünyam gözəldir
Beləcə axşamı,səhərə vuraq
Bir dayanaq,birgə gəzək, bir duraq
Gəl gülüm səninlə,bir dünya quraq
Bir səninlə mənim,dünyam gözəldir
Heyran etsin məni,gül baxışların
Sinədə parlayan,zər naxışların
Məst etsin Afiqi,hilal qaşların
Bir səninlə mənim,dünyam gözəldir
Afiq Göyçəli
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.