Bu ailənin 4üzvünün əlilliyi var. Kəlbəcərdən köçkün düşən ailə elə o vaxtdan Xırdalanda yerləşən bu vaqon evlərdə yaşamalı olub. Ailənin dediyinə görə bu illər ərzində birtəhər yaşayıblar. Bu ilin avqustunda vaqonlardan 2-də gözlənilmədən yanğın baş verir. Əli Əliyev ikinci qrup əlildir. Onun sözlərinə görə Fövqəladə Hallar Nazirliyi dəymiş ziyanın 10 min manat olduğunu göstərib. Lakin dövlət qurumlarına müraciətləri bugünədək cavabsız qalıb.
Əli Əliyevin oğlu Asim epilepsiya xəstəsidir. Ailənin gəliri ancaq Əli Əliyevin və həyat yoldaşının aldığı təqaüdlərdir ki, onu da gündəlik ehtiyaclara, ya ailə üzvlərinin müalicəsinə xərcləsinlər deyə Əli Əliyev sual edir. . O deyir ki, dəfələrlə oğluna əillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini müraciət etsələrdə, qurumun nəzdinə olan Tibbi-sosial ekspert komissiyası Asim əliyevin sağlam olduğunu deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Meydan TV-yə bildirib ki, əlillik almaq üçün şəxs rayon üzrə poliknikalara müraciət etməlidir. Poliknika şəxsə səhhətində olan problemlərlə bağlı göndəriş verməlidir.
Səhiyyə Nazirliyindən Meydan TV-yə ola bilməz ki, əlilliyə düşsün ona əlillik verməsinlər deyiblər. Vətəndaş Səhiyyə Nazirliyinin nəzdində olan elektron səhiyyə xidmətinə yaxınlaşıb şikayətini bildirməlidir ki, məsələ araşdırılsın.
Ətraflı OXU:
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646