Fərqli qadın
Müəllif: Nüsrət Həsən
Səsləndirdi: Elman Hüseynov
Sən fərqli qadınsan, hamıdan fərqli,
Səni anlamaq da asan iş deyil.
Gah xoşbəxt olursan, gah da ki dərdli,
Bu sənin ruhundu bu vərdiş deyil..
~~~~~~~~~~~~~~~~~~
Çətindən çətinsən, qəlizdən qəliz,
Bir üzün güləndə, biri ağlayır.
Kiminə dəlisən, kiminə dərdsiz,
Dərin baxışların ürək dağlayır..
~~~~~~~~~~~~~~~~~~
O qara gözlərin, şirin sözlərin
Adamı sahildən sahilə çırpır.
Sənsən su pərisi bu dənizlərin
Nurundan buludlar gözünü qırpır..
~~~~~~~~~~~~~~~~~~~
Gəl məni qınama, incimə məndən
Səni istəməmək, sevməmək olmur.
Mən sənin üzünü gördüyüm gündən
Səhər yediyimdə yadımda qalmır...
~~~~~~~~~~~~~~~~~~~
İncə əllərinin, titrək səsinin
Ürkək baxışının xəstəsi oldum.
Mən sənə yazdığim sevgi şeiri
Sən həmin şeirin bəstəsi oldun...
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
-------
Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
~ Youtube:
https://www.youtube.com/c/QNProduction
~ Instagram:
https://www.instagram.com/qn_production
~ TikTok:
https://www.tiktok.com/@qn.production
#seirler #şeirler #nusrethesen