“Rəngarəng Gürcüstan” layihəsi Marneulidə
Marneulidə mayın 15 də, “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində Şota Rustaveli gününə həsr olunmuş tədbirlər keçirildi.
Kvemo Kartli bölgə administrasiyasının nümayəndələri – Yerli Özünüidarəetmə orqanları ilə əlaqələr xidmətinin rəhbəri Levan Jvaniya ilə müavini, Marneuli bələdiyyə merinin müavinləri Zaur Tabatadze ilə Laşa Lobcanidze, Yermi Özünüidarəetmənin əməkdaşları, yerli Təhsil Resurs Mərkəzinin nümayəndələri, məktəb pedaqoqları və digər dəvətli qonaqlar bu tədbirdə yer alırdılar.
Tədbir çərçivəsində bir çox aktivitələr düzənləndi, paytaxtdan gələn tanınmış elm adamları(Rustaveloqlar), o, cümlədən Oqtay Kazımov, Maka Elbakidze, İvane Amirxanaşvili, yazıçılar birliyinin, ümum Gürcüstanın Rustaveli cəmiyətinin sədrlərinin və nümayəndələrinin – Bağater Arabuli, Mağvala Qonaşvilinin, Avtandil Arabulinin, Qiorqi Qoqolaşvilinin yerli əhali, tələbələr, yuxarı sinif şagirdləri ilə görüşlər baş tutdu.
Şota Rustaveli fenomeninin əhəmiyyətindən bəhs edən seminar keçdi. Marneuli Mədəniyyət Evinin dəhlizində Gürcüstan Parlamentinin Milli Kitabxanasında və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində qorunan, Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə, dünyanın müxtəlif dillərində nəşr olunmuş “Pələng Dərisi Geyinmiş Pəhləvan”, eyni zamanda nazirliyin dəstəyi ilə, azərbaycan və türk dillərinə tərcümə olunmuş gürcü yazıçılarının əsərləri, rəssam Ketevan Matabelinin, yerli gənclərin əl işlərinin sərgisi baş tutdu. “Pələng Dərisi Geyinmiş Pəhləvan” əsəri yerli gənclərin iştirakı ilə ictimai oxundu və ictimai məktəblərdə “Rustaveli L. Qudiaşvilinin əsərlərində” mövzusunda açıq dərslər keçirildi.
Tədbir musiqi konserti ilə sona çatdı. Konsertdə Neka Sebiskveradze (kvartet), aşıq Nargilə və Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “İberiya” folklore ansamblı çıxış etdi.
Qeyd etmək lazımdır ki, yerli məktəblərə və kitabxanaya nazirliyin dəstəyi ilə nəşr olunmuş kitablar bağışlandı.
“Rəngarəng Gürcüstan” layihəsinin təşəbbüskarı Qiorqi Leonidze adına gürcü ədəbiyyatı muzeyidir və Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin reallaşdırılmasında məqsəd Gürcüstanda yaşayan milli azlıqların mədəni həyata inteqrasiyasına təkan verməkdir.