Üç Müqəddəs Duyğu
Ürəyimdə üç müqəddəs duyğu var,
Bir övladım, bir qələmim, bir sazım.
Çırağıdı taleyimin, baxtımın,
Bir övladım, bir qələmim, bir sazım.
El mənimdi, özülüm var, himim var,
Bir kök üstə min nəğməli simim var.
Qoy danışsın kim olmuşam, kimim var,
Bir övladım, bir qələmim, bir sazım.
Övlad ruhum, qələm dilim, saz köküm,
Hər üçünə səcdə qılım, diz çöküm.
Dərdim olsa, həm dərmandı, həm həkim,
Bir övladım, bir qələmim, bir sazım.
Əzizləyər torpağımı, havamı,
Döyüş olsa, özü çəkər davamı.
Məndən sonra dövranımın davamı,
Bir övladım, bir qələmim, bir sazım.
Bir çiçəyəm, torpağım var, göyüm var,
Bir ürəyəm, kamanım var, neyim var.
Bu Vətənin keşiyində nəyim var –
Bir övladım, bir qələmim, bir sazım.
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
-------
Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
~ Youtube:
https://www.youtube.com/c/QNProduction
#zəlimxanyaqub #seirler