Alman telekommunikasiya şirkəti "Deutsche Telekom" tərəfindən hazırlanan reklam çarxı gün ərzində sosial mediada 5,5 milyon dəfədən çox baxılıb. İnsanı heyrətləndirən video süni intellekt (AI) vasitəsilə uşaq şəklinin necə asanlıqla manipulyasiya oluna biləcəyini göstərir.
Reklam doqquz yaşlı Ellanın hekayəsindən bəhs edir. Bu gün bir çox valideynlər kimi Ellanın valideynləri də sosial şəbəkələrdə mütəmadi olaraq kiçik qızlarının video və fotolarını yerləşdirirlər. Reklamda ailəsinin internetdə paylaşdığı doqquz yaşlı qızın tək şəklindən istifadə edərək süni intellektin köməyilə yetkin Ellanın "deepfake" versiyasını yaradılır.
Xatırlayırsınızsa, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq "Instagram"da iki uşağının üzünü emojilərlə gizlədərək ailə şəklini paylaşmışdı. Əslində, bunun səbəbi indi daha aydın olur.