Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının Azərbaycana səfəri oldu.
Türkiyəli qonağı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qəbul etdi. Dörd gün davam edən (5-8 noyabr) səfərin sonuncu günündə isə general Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə oldu.