Ey səni dərk eləyən bikəsin, hər yerdə kəsi,
Ey fəqirin, yetimin, dad edənin, dadrəsi,
Gəl yetiş dadə ki, azadəlik istər könlüm,
Özünün taqəti yox sındıra bilsin qəfəsi,
Sən qədəm qoyduğun hər yanə səpib göz yaşın,
Yolarından yığaram, kiprik ilə xarü xəsi,
Hüsnünü görməyə bir hal ilə müştaq olmuş,
Deyəcək Mahir ölüncə nə qədər var nəfəsi,
Əccələllahu - Taala - Fərəcəh.