zəlzələdən zərərçəkənlərlə görüşüb, onlara təsəlli vermək üçün Kirmanşah əyalətinə gələn Ali dini rəhbər Ayətullahuul-üzma Seyid Əli Xamenei, burada etdiyi çıxışında belə deyib: “Mən sizlərin qəmli və dərdli ürəklərinizlə bir-bir eyni iztirabı bölüşürəm. Daha yaxşı bir şəraitdə sizinlə görüşməyi arzu edirdim”.
Ali dini rəhbər daha sonra sözlərini belə davam etdirib: “Bu bölgədə yaşayan insanlar ilk dəfə belə hadisələrlə rastlaşmır. Mən müqəddəs müdafiə dövründə də sizin aranızda idim. Sizlər isə, o günlərdə güclü şəkildə möhkəm dayana biləcəyinizi sübut etdiniz. İndi də bunu təkrar edin. Pəhləvan insanlar müqavimət göstərərək, hadisələrə qalib gəlir”.
Bölgədə baş verən zəlzələ nəticəsində 500-ə yaxın insanın həlak olmasını böyük bir fəlakət kimi qiymətləndirən Ali dini rəhbər Ayətullahuul-üzma Seyid Əli Xamenei, belə danışıb: “Bütün İran xalqının necə özünü kirmanşahlı kimi gördüyünə baxın! Xalqımız Kirmaşaha borclu olduğunu bilir. Buna görə də, öz imkarlarına görə kömək etmələri nəticəsində böyük bir yardım formalaşmışdır”.
Ali dini rəhbər Ayətullahuul-üzma Seyid Əli Xamenei daha sonra belə deyib: “Səlahiyyətlilərimiz vəzifələrini icra etdikləri yerlərdə edə biləcəkləri qədər səy sərf etdilər və əgər onların səyləri olmasaydı, tamamilə daha böyük problemlərlə üzləşə bilərdik. Amma hesab ediəm ki, bunlar da yenə kifayət deyil. İnşallah, Kirmanşah xalqını daha yaxşı günlər gözləyir. İnşallah bütün bölgənin yenidən inşa edildiyi vaxt Allah bizə buraya yenidən səfər etmək imkanı verər”.