#ElçinAslangil
İndi deyəcəklərimə səbrli olub diqqətlə qulaq asın və videonu sona qədər izləyin. Bundan ziyadə, bacarırsınızsa, əliniz çatan, ününüz yetən hər yerdə bu videonu yayın. Videonu izləyən hər kəs, bu videonu bəyənsin və bacardığı qədər çox şərh yazsın ki, haq səsimiz ərşə ucalsın.
45 milyon soydaşımızın yaşadığı İran, virançılıq siyasətindən əl çəkmir. Səbəbi çox sadədir, 45 milyon türk İranın gözünə ox olub batıb!
İsraili yer üzündən siləcəyi ilə hədələyən və İsrailə düşmən olan İran, əslində daha çox Türkə düşməndir. İran İsrailə sözdə düşməndir və bu düşmənçiliyin başlıca səbəbi xalqı din vasitəsi ilə, İsrail oğullarını lənətlənmiş kimi göstərərək arxasına almağa çalışmasıdır, yəni İsrail məsələsi İran üçün bir alətdir. İran üçün sözdə olmayan və əməlinin isbatlandığını dəfələrlə gördüyümüz Türk düşmənliyi, daha çox da Azərbaycana qarşı düşmən olması faktdır!
Bilirəm, bu videonu izləyənlərdən kimsələr, İran aşiqləri, molla məşuqları, dinə alət olanlar qalxıb deyəcək ki, “Allah sənə lənət eləsin, İran bizə nə qədər yaxşılıq edib”.
O zaman gəlin siz İranın o beyinlərinizə yeridilmiş dırnaqarası yaxşılıqlarını sayın, mən də İranın pisliklərini sadalayım:
Din qardaşımız olan İran dövləti niyə və nə üçün Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir? Xankəndinə göndərilən İranın yük maşınları nə ilə doludur?
Bəlkə həmin maşınların yük yeri Ağanızın fətvası ilə doludur və Ağanız erməniləri xaçpərəstlikdən islama dəvət etmək üçün bilmədiyimiz bir şeylər edir?
Ağanız heş zad etmir! Ağanızın etdiyi həmin yük maşınları ilə erməni separatçıların hərbi maşınlarına gərəkli olan yanacaq yardımıdır! Daha nə türlü yardımlardır, onu bir Ağanız bilər, bir də, bir olan Allahımız.
Fəqət və lakin mən bunu bilirəm, hətta əminəm ki, səbr kasamız dolub daşır. Səbr kasamıza bizə məlumdur ki, şeytan ayaqlarını sallayıb oturub, gözləyir…Gözləyir ki, görək bizlər nə tövr davranacağıq? Aranın qarışması üçün…
Və yenə də fəqət və lakin bu gözləyənlər bilməlidir ki, ən rahat ara qarışdırılası yer, İrandır!
Biz ara qarışdıran deyilik, baba!
Biz eləcənə qızışıyoruz. Bizim Təbrizdən Ərdəbilə, Ərdəbildən Urmiyaya, Urmiyadan Zəncana, Zəncandan, Qəzvinə, Həmədana qızışmağımızın istisinə isinə bilməzsiniz ağayelər, olsa olsa, tüstüləyərsiniz! Məsləhətimdir ki, ehtiyyatlı olun!
Əlaqə:
bs.bizden.size@gmail.com