Mc B.u.S – 52 Güllə
Album: Küçələrdən Gələn Səs
Directed: Salim Dadashov
Executive Producer: Elxan Shiraliyev
Music Prod: MadRhyme
Cast:
Baba Suleymanli
Orkhan Ibrahimov
Mirmovsum Ahmedov
Make Up: Parviz Baghirov
Official Page;
http://on.fb.me/1GRTnHz
MP3 Download:
http://bit.ly/1bqeGlj
Album Download:
http://bit.ly/1F9uBx7
Lyrics:
Nəqarət (x2)
Səsim küçənin səsidi, bu rap intiqamım.
Bizlə üzbə-üz gələnlər, indi bitdi hamı.
İllərdir yığdığım bu əsəb, nervi içdə dolu,
52 güllən varsa, ancaq bu qədər olur!
1 Verse
Sistem çürütdükcə içimi qələm deyir “yaz”!
Evinə çörək verə bilmiyən ataya, hər gün evdə yas.
Səsim az çıxır sizdə səsimə səs verin və bəlkə
Bizidə anlayanlar oldu birdən, əlim yeyir pas
Bu, içdən gələn üsyanımdı “əsgər ölməsin!”
Gülən evdən güllər yığılıb axşam qaraya dönməsin
Ölsəm haqq yolunda öləcəm bir gün dilim sönməsin,
Uzaqlarda dəfn edərsiz məni, hökümət görməsin!
“Maas 150 manatdır burda” kəfənivi çək yat
Səs səmir salma bu ölkədə, səsin çıxsa qaç.
Nazirlərim arada nəzər yetirin küçəyə,
Oğullarıvız bayram edir, mənim dostlarımsa yatır hər gün ac!
Üsyan edən qaçqın ananın hər gün gözündə nifrət
Normal haldı. Çünki evladları yemir evdə ət.
Gedib verdiyin o bir otaqlı daxmanıda al əlindən,
Sonra gəlib biz gənclərdən “vətəni sevməy” istəmə!
Küçələrdən gələn səs bu bizim səs.
Hər kəs vuruşdu ancaq, yaşamağa qalmıyıb həvəs.
Fələstinfə qalmırıq biz, “tələs tində gözləyirlər”
Hər kəs öz keyfində amma qansız həyat bizə qəfəs!
Bilki burda, verib-alırsan, heçnə olmur əvəzsiz.
Məni tutub aparar polis, səbəb yoxdu səbəbsiz
Yol keçəndə görər amma görməzdən gələr
Orda kasıbı öldürürlər. Polis sizlərsiz şərəfsiz!
Nəqarət (x2)
Səsim küçənin səsidi, bu rap intiqamım.
Bizlə üzbə-üz gələnlər, indi bitdi hamı.
İllərdir yığdığım bu əsəb, nervi içdə dolu,
52 güllən varsa, ancaq bu qədər olur!
Söz deyəndə, küçələrdəki it sürüsünü çək!
Qeyrətsizdi çoxsu, təkin üstünə gəlməz tək-bə-tək,
Onlar lazımsızdı bilki hamsı, sıfırlıyıb yenidən yığ
Beli silahlı olmasalar, kişi olarlar bəlkə!
Səhər bankın qabağında sıra. Düzülən 100 qoca
100 manat üstündə qırışarlar, özüdəki bu çağ.
Onlar günahkar deyillər, günahkar, ən başda
100.000-lik gəliriylə, heç vaxt qocalmıyanlardı. Gözüvü aç !
Məndən pul isdiyir müəllim, “dərsə gəlmiyim”
11 il oxudum hələdə heçnə ərsə gəlmiyib.
Yəni bu ölkəədə məktəb ancaq 4 şey öyrədir:
“Rüşvət”, “söyüş”, ancaq “döyüş”, birdə “puluma dəymiyin”!
Neçə uşaq doğulur və sonra, necə küçəyə atılır?
“Çarəsizlikdəndi” hamsı dilənçilərə qatılır.
Neçə illərdir yatırıq biz ayaq üstda. Batırıq!
Xəstəxanalar bazardı, həkimlər pulnan satılır!
Nəfəsivi çək sonuna qədər, bir dəqiqə sakitcə
Ətrafıva bax sonra, olacaqsan qan içən.
Hər şey gözəldi amma daxil yox, xaricdən.
Ya da yenidən nəfəsivi çək, sonuna qədər yat içdən!
Yardım etmək istəyənin, bilki köməyə çatmaz əli
Burda bütün günü işdə, sonra qovsun müdür gəlib.
Başdakılar anlamazlar qazandığın pulun tərini,
Səs çıxartma polis, öldürməkdən betər edər səni !
Nəqarət (x2)
Səsim küçənin səsidi, bu rap intiqamım.
Bizlə üzbə-üz gələnlər, indi bitdi hamı.
İllərdir yığdığım bu əsəb, nervi içdə dolu,
52 güllən varsa, ancaq bu qədər olur!