MEHEMMED TEQVA ZAMANIN İMAMI (2022)Yeni
Söz Mus Məhəmməd Təqva
ZAMANIN İMAMI.
Deyirsiz zamanın İmamı gəlsin
Hər cümə yolunu gözləyirik biz,
Ağam necür gəlsin, bəs necə gəlsin,
Bunları düşünüb derk etmirik biz..
------------------------------------------------------------
Hərə öz kefində öz aləmində,
Esil dindar kimi görünəndə yox.
Bu cür bəndələrdən nə gözlüyəsən,
zamanın İmamın düşünəndə yox,
------------------------------------------------------------
Çirkin əməlləri Haram pulları,
Bürüyüb çoxunun dört bir yanını,
Var. dövlət şan şöhrət tutub gözünü,
Hər şeydən çox isdər əziz canını.
-----------------------------------------------------------
Hər Namaz qılandan dindar olsaydı,
Onda bizim dünya cənnət olardı,
Zamanın İmamı burda olsaydı,
Hər kəsə ayrıca hörmət olardı,
-----------------------------------------------------------
Zihur etməyinə hələ zaman var
Elə bilməyin ki, sizləri görmür,
Esil Möminlərin qəlbindədir o,
Nə olsun Ağamız gözə görünmür,
----------------------------------------------------------
Bizim etdiyimiz əməllərimiz,
Hər cümə axşamı Ağama verilir,
Bəlkə düzələrik deyə bizimçün,
Hər gecə ALLAHA dualar eyliyir.
------------------------------------------------------------
Üç yüz on üç nəfər tamam olanda,
Zamanın İmamı Zühur edəcək,
Hərəsi bir dövlət idarə edib,
Yaxşılıq qalacaq pislik gedəcək,
------------------------------------------------------------
Gösdərin bir nəfər indi ki vaxtda,
Canını din üçün qurban eyləsin,
Bizlər düzəlməsək gəlmiyəcək o,
Nə üznən gözlərik zihur eyləsin
-------------------------------------------------------------
Yenidən yayım qadağandır.
Müəllif hüquqları qorunur.
#məhəmmədtəqva #ZAMANINİMAMI#