Bu uşaq 26.11.2015 tarixində şəhid olan qardaşlardan biri olan Şəhid Rafaelin oğludur. Hə, bax bu uşaq, ev güllə-baran edilən zaman atası Rəfael Bünyatov və əmisi Fərahim öldürüldü. Uşaq o hadisəyə qədər normal danışırdı. Evə qaramaskalılar silahla hücum çəkəndə, gözü önündə qohumları öldürüləndən sonra, qorxudan dili pəltək olub. İndi buyurun, qışqırın üstünə "Niyə məktəbə getmirsən, ə?"