Ukraynanın Xerson şəhərinə Rusiya Ordusunun aviazərbələr endirməsi nəticəsində bir ailənin 3 üzvü həlak olub. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı dünyalarını dəyişiblər.
Rusiya Müdafiə Nazirliyi: "Rus bölmələri müqavimət görmədən Melitopol şəhərinə daxil olublar. Şəhər hal-hazırda bölmələrimizin nəzarəti altındadır. Rus əsgərlərini Melitopol sakinləri xoş qarşılayıb, bəzi yaşlı vətəndaşlar qırmızı bayraqlarla küçələrə çıxıb və əsgərləri salamlayıblar".
Avropa Şurası dünən Rusiyanın təmsilçilik hüququnu dayandırıb. Səsvermədə Avropa Şurasının 47 üzvündən 42-si Rusiyanın üzvlüyünün dayandırılmasının lehinə səs verib. Rusiya və Ermənistan əleyhinə səs verib, Türkiyə bitərəf qalıb, Serbiya və Azərbaycan isə səsvermədə iştirak etməyib.
Ukrayna mənbələri iddia edir ki, gecə Rusiya Ordusuna aid 2 ədəd "İl-76" təyyarəsi vurulub. Bu gün səhər isə 1 ədəd "İl-76", 1 ədəd "S-25" təyyarələri və 1 ədəd rus helikopteri vurularaq sıradan çıxarılıb. Həmçinin iddiaya görə Rusiyanın 3500-dən artıq hərbçisi ölüb. 200 nəfər əsir düşüb.
Rusiya MN iddia edir ki, Melitpol şəhərinə tam nəzarəti ələ alıblar. Ukraynanın digər itkiləri isə belədir:
821 ədəd hərbi obyekt
19 ədəd idarəetmə məntəqəsi və rabitə qovşağı
14 ədəd aerodrom
24 ədəd S-300 və “OSA” kompleksi
5 ədəd PUA
18 ədəd tank
Rusiya mənbələri 2 minə yaxın Ukrayna hərbçisinin öldürüldüyü, yüzdən çox əsirin olduğunu yazırlar. Reuters isə yazır ki, Rusiya ordusu Ukraynada 3-ü uşaq olmaqla 198 mülki şəxsi öldürüb.