Səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən avtoqəzada 2 nəfər xəsarət alıb. Nicat Hüseynovun idarə etdiyi “Prado” markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 32 yaşlı Əmirov Rəşad Vaqif oğlu ( Rəşad Dağlı ) və Bülbülə sakini, sürücü 31 yaşlı Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şiran şəhər xəstəxanasına yerləşdirlib. Rəşad Dağlıya sağ qolunun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.