Qarabağ Azadlıq Təşkilatının cəbhə bölgəsinə həyata keçirdiyi yürüyüş Horadiz qəsəbəsinin cəbhə xəttində polis qüvvələri tərəfindən qarşısı zor tətbiq etməklə alınıb. Yürüş iştirakçıları polis əməkdaşları tərəfindən , o cümlədən polis rəisi Xəqani Məmmədov tərəfindən çox sərt və kobud zor tətbiq olunubdu. Yürüş iştirakçılarından Manaf Kərimov, Cəfər Həşimov, Solmaz Alıyeva, Aişə Cəfərzadə, Nəsib Cəfərov və digərləri xəsarət alıblar.
QAT sədri Akif Nağı yürüş iştirakçılarından İlqar Əliyev, Rövşən Əhmədli, Qələndər İsmayılov, Tahir Bayramov və digərləri çıxış edərək yürüşün məqsədini açıqlayıblar. Yürüş iştirakçıları onu da vurğulayıblar ki, bizim məqsədimiz polislə qarşıdurmaya getmək deyil, biz istəyirik ki, Azərbaycan ordusu tezliklə müharibəyə başlasın. Sonda yürüş iştirakçıları bəyanat qəbul ediblər.
Bəyanatda göstərilir: İşğalçı Ermənistan rejimi Azərbaycanın dinc sakinlərini, o cümlədən körpələri qətlə yetirir. Başda Serj Sərkisyan olmaqla bu əliqanlı canilər öz cəzalarını almalıdırlar. Beynəlxalq təşkilatlar cinayətkarcasına susurlar, işğalçı Ermənistanın, terrorçu Sərkisyan rejiminin, uşaq qatillərinin cəzalandırılması üçün heç nə etmir, bununla canilərin cinayətlərinə şərik olurlar. Biz Azərbaycan hakimiyyəti və Ordusundan düşmənin məhv edilməsi, işğal altındakı ərazilərin azad olunması, körpələrin qətliamına son qoyulması üçün təcili və təsirli addımlar, ləngimədən Vətən müharibəsinin başlanmasını tələb edirik. Artıq gözləməyə yer yoxdur. Hamının artıq səbr kasası dolub. Azərbaycan Ordusunun fəaliyyətsizliyini başa düşmürük. Ordunun döyüşə hazır olduğu, güclü silah və texnikanın yığıldığı deyilir. Bəs nə üçün bu güc, silah-sursat ortaya çıxarılmır, düşmənə qarşı istifadə olunmur?! Biz gözləyə bilmir, gözləmək istəmirik. Biz əliyalın, vicdanımız və şərəfimizlə silahlanıb düşmən üzərinə yürüşə başlayırıq! Bütün Azərbaycan xalqını düşmən üzərinə yürüşə çağırırıq! Ya hamımız məhv olaq, ya da torpaqlarımızı işğaldan azad edək! Başqa yol yoxdur! Ya Qarabağ, ya ölüm!