Öz füsunkar təbiəti ilə insanları valeh edən sirli-sehrli Abşeronumuz... Payızda Abşeronun rəngləri də başqa olur. Bu məkanı elektrik qatarı ilə gəzməyin öz ləzzəti vardır.
Mənzərə filmi tamaşaçıları rəssam Rasim Babayevin əsərləri və pianoçu-bəstəkar Vaqif Mustafazadənin "Payız lövhələri" vasitəsilə Abşeronun görməli yerləri ilə tanış edir.
Ssenari müəllifi: Nuhbala Quliyev
Rejissor: Xamiz Muradov
Operator: Vladimir Konyagin