Son vaxtlar Lənkəranda idman sahəsində qazanılan uğurların sırasına daha biri əlavə olunub. Bu uğur isə güləşin sərbəst növündə yeniyetmə idmançı Mahir Məmmədzadənin aktivinə yazılıb. “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirməsi olan güləşçi son Avropa çeçempionu olmaqla yanaşı, Dünya çempionatında da gümüş medal qazanmaqla buna nail olub. Əməkdaşımız Mahiri Məmmədzadənin evində olub, ailəsinin və məşqçilərinin sevincini bölüşüb.
Gümüş medalın sahibi Mahir Məmmədzadə: “4 rəqibim oldu. 4 rəqibimdən üçünü məğlub etdim. Finalda amerikalı idmançı var idi. 6-5 hesabı ilə məğlub oldum. Ciddi hazırlıq keçirəm. İnşallah gələcəkdə Dünya çempionu olmağa çalışacam.”
Lənkəran rayonunun Separadi kənd sakini olan Mahir Məmmədli gümüş medalı Gürcüstanın paytaxtı Tbilisi şəhərində qazanıb. 8 ildir sərbəst güləşin sirlərinə yiyələnən pəhləvanın nailiyyətinə sevinənıərdən biri də onun şəxsi məşqçisi Baba Rzayevdir. İdmançının medal kolleksiyasını zənginləşdirməsi onu da qürurlandırıb. Məşqçi bildirir ki, yetirməsi çempionatda Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini asanlıqla məğlub edib. Finalda güləşçinin rəqibi isə amerikalı idmançı olub.
Şəxsi məşqçi Babna Rzayev: “Mahir ondan üstün idi. Hakimlərdə də müəyyən səhflər oldu. Allaha çox şükür ki, Azərbaycana medalsız qayıtmadı.”
Hələ uşaqlıqdan Mahirin güləşə böyük maraq göstərdiyini deyən əmisi Zahid Məmmədov bildirdi ki, onun belə bir uğur qazanacağına inanırdılar.
Əmisi Zahid Məmmədov: “Biz ona güvənirik, biz ona inanırıq. Məşqçilərinin sayəsində Mahir gələcəkdə hara getsə qızıl medalnan geri qayıdacaq.”
Qeyd edək ki, Milli komandamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.