Dünən axşam saat 19-30 radələrində Qazax Sınıq Körpü buraxlış məntəqəsində 4 nəfər Qazax rayon 2-ci Şıxlı kənd sakini sərhəddən gürcüstan tərəfə keçərkən Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Aralarında olan mübahisə daha sonar davaya çevrilib. Zərərçəkənləri Qazax Müalicə Diaqnostika mərkəzinə yerləşdiriblər. Zərərçəkənlər qeyd ediblər ki, yeni rəis Kənan Məmmədov gələndən günümüz qara olub. Evimizə bazarlıq etməyə də imkan vermirlər. Nə alsaq sərhəddə əlimizdən alıb müsadirə edirlər.