AGF kubokunda lənkəranlı idmançı bürünc medal qazandı
Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi olaraq keçirilən beynəlxalq turnirdə milli komandanın tərkibində daha bir lənkəranlı güləşçi medal qazanıb. Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan Araz Şükürzadə turniri gümüş medalnan başa vurub.
Bakı İdman Sarayında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə sərbəst güləşçilərlə yanaşı yunan-Roma güləşçiləri də qüvvəsini sınayıb. Turnirdə Lənkərandan 3 idmançı iştirak edib. 46 kq-da Araz Şükürzadə, 54 kq-da səlimli Tərlan və 76 kq-da Nurlan Kərimov qələbə uğrunda mübarizə aparıb. Bu güləşçilərdən Araz Şükürzadə beynəlxalq turniri üçüncü pillədə başa vurub.
Turnirdə ölkəmizlə yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları da çıxış ediblər. Komanda hesabında Azərbaycan birinci, İran komandası ikinci, Gürcüstan komandası isə üçüncü olub. Hazırda idmançılar təlim-məşq toplanışındadırlar. Onlar İran İslam Respublikasında keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Bu turnirdə Lənkəran 3 idmançı ilə təmsil edəcək.