Hal hazırda "Sovetski" adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin böyük narazılığı ilə müşahidə olunur. Söküntüyə etiraz edənlər arasında qadınlar da var.
Kanal13-ün hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə"Sovetski"nin bir qrup kişi sakinləri məscidin birinci, qadınlar isə ikinci mərtəbəsinə daxil olaraq, onun söküntüsünün qarşısını almağa çalışırlar. Məlumata görə, bir neçə nəfər polis tərəfindən saxlanılıb.
Hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri polis əməkdaşlarının müşayiəti ilə məscidin içərisində müdafiəyə qalxan vətəndaşlarla danışıqlar aparır. Hadisəni işıqlandıran jurnalistlər isə ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərinə ötən il başlanılmışdı. Lakin etirazlardan sonra söküntü işləri dayandırılmışdı.
© Kanal13-ə məxsus hər hansı video material yalnız
youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://kanal13.tv/
Facebook Official Page:
http://www.facebook.com/tvkanal13
Facebook FanPage:
https://www.facebook.com/kanal13fanclub
Twitter:
https://twitter.com/#!/Kanal13_Baku
https://plus.google.com/+Kanal13AZ/posts
http://ok.ru/kanal13
https://vk.com/kanal13tv
https://www.instagram.com/kanal13tv
Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
Online Radio BakuFm:
http://baku.fm/
Facebook Official Page:
https://www.facebook.com/RadioBakuFM
© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan