Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, R.Mahmud siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayaraq, ölkələrimizin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib: “Cənab prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq. Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik”.
Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.
Prezident İlham Əliyev isə Pakistan prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev ölkəmizin Pakistanla bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.
DİQQƏT: Videonu izlədikdən sonra ya Bəyənin yada Bəyənməyin!
Video haqda fikirlərinizi bildirərkən Şərh yazarkən özünüzü və ailənizi düşünərək şərh yazın. Şərhlərə nəzarət olunur!
ETIKADAN (TƏRBİYƏ ÇƏRÇİVƏSİNDƏN) Kənara Çıxmayaq...
Belə olan halda şərhlər Silinəcək....!
Diqqətiniz üçün təşəkkürlər...
Salam Siz Bizim Kanalımıza Abunə Olmusunuz ?
Biz Ən Fərqli, Ən Son Xəbərləri Paylaşırıq.
Dünyadan və Bölgələrdən Xəbərlər Bu Kanalda
Zəhmət Olmasa Dəstək Üçün Kanala Abunə Olun!
✮ Subscribe ✓
✮ Подписаться ✓
✮ Abone Ol ✓
"xezer tv" "xezer tv 2016" "son xeberler" "Son Xeberler" "Son Xəbərlər" "xezer xeber" "xezer xeber 2016" "xeberler bugun"
"xeberler bugun 2016" "xeberler" "xeberler 2016" "xeberin varmi"
"xeberin varmi 2016" "xeber az" "xeber az 2016" "xeber" "xeber 2016" "xeber 2016" "xeberler 2016" "xeberler 2016" "xeberin yoxdu" "xeberin yoxdu 2016" "xeberler xezer tv" "xeberler xezer tv 2016" "xeberci" "xeberci 2016" "xeberler yeni" "xeberler teze" "xeberler son" "xeberler dunen" "xeberler ans" "xeberler atv" "xeberler aztv" "son xeberler" "yeni xeberler" "son xeber" "xeberler" "xeber" "yeni xeber" "yeni xeberler 2016" "son xeber yeni" "Apa Tv"