Mənbələr:
https://www.facebook.com/photo.php?v=813471195360090
http://avropa.info/?xeber=62210
http://faktxeber.com/azrbaycan-ermnistan-raket-atin-tutmaa-balad_h448187.html
http://oxu.az/society/35837
http://xalqxeber.az/2014/08/02/tecili-azerbaycan-ermenistani-raket-ateshine-tutmaga-bashladi.html
http://otv.az/gundem2/4109-azrbaycan-ermnistan-raket-atin-tutmaa-balad.html
http://qafqazinfo.az/xeber-sgrlrimiz-topla-ermnilrin-kazarmasn-vurub-t90718.html
http://musavat.com/news/son-x%C9%99b%C9%99r/Az%C9%99rbaycan-Erm%C9%99nistan%C4%B1-raket-at%C9%99%C5%9Fin%C9%99-tutma%C4%9Fa-ba%C5%9Flad%C4%B1_207308.html?welcome=1
Azərbaycan ermenistani raket atesine tutmaga basladi
Bunu "Trend"-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı kütləvi informasiya vasitələrində Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun ermənilərin hərbi mövqelərini artilleriya silahlarından, qumbaraatan, minaatan, zenit qurğuları və digər iriçaplı silahlardan atəşə tutduğu və bunun nəticəsində Ermənistan tərəfinin böyük itkilər verdiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq".
O, həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar.
Ermənistan Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhədəki vəziyyətlə bağlı təcili bəyanatla çıxış edərək Azərbaycan tərəfini atəşi dayandırmağa çağırıb.
Virtualaz.org saytının erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, son günlər Dağlıq Qarabağ “qüvvələri” ilə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşib. Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə dalbadal həmlələr edir.
“Qarabağın mövqelərinə atıcı silahlardan və artilleriya qurğularından, minomyotlardan, zenit-raket qurğularından, termobarik qumbaralardan atəş açılır. Həmçinin sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulması halları artıb. Tərəflərin itkiləri günü-gündən artır” - deyə bəyanatda bildirilir.
Düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan tərəfini vəziyyətin sonrakı gərginləşməsinə aparıb çıxaran addımlardan çəkinməyə, təmas xəttində vəziyyətin sabitləşməsi üçün səylər göstərməyə çağırır.
Virtualaz.org