Ötən bazar "Azadlıq", "Yeni Müsavat", "Bizim Yol" qəzetləri, "Azadlıq radiosu", Turan İnformasiya Agentliyi, "Obyektiv tv" onlayn televiziyası və "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrindən ibarət desant monitorinq qrupu bu ilin mayında zəlzələdən ziyan çəkən Zaqatala rayonunda olub. Qrup rayona gedib ki, zəlzələdən keçən altı ayda yaranan vəziyyəti analiz etsin. Dövlət fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə 200-250 mln manat vəsait ayırmışdı.
Dəqiq məbləği ictimaiyyət bilmir. İyunda parlament hökumətin sorğusunu təmin edərək Qax və Zaqatalada zəlzələnin və 2010-cu ildə baş verən Kür daşqınının nəticələrinin aradan qaldırılmasına 300 mln ayırıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Qax və Zaqatalada zəlzələdən 5 mindən çox ev və sosial obyekt ziyan çəkib.
Zaqatalada evi yararsız hala düşənlər üçün FHN-in payladığı ağ çadırları görmək olar. Onlara vəd veriblər ki, qış üçün yeni evləri hazır olacaq. Amma noyabrın 10-a kimi cəmi bir neçə ev tikilib. Hikmət Mustafayevin 4 nəfərdən ibarət, iki körpə uşaq olan orta statistik ailəsi nazik yay çadırında dəhşət içində soyuqdakı aqibətini gözləyir. "Xüsusən gecələr çox soyuq olur, uşaqlar xəstələnir, bilmirik nə edək", deyə qüssəli gözlərlə ailənin anası soruşur. Mustafayevlərin həyətində həvəssiz şəkildə tikinti işləri gedir. Artıq bir neçə işçi dəyişib. Onlar pul az olduğu və ya heç verilmədiyi üçün işi atıb gedirlər. Bu vəziyyəti zəlzələ zonasının hər yerində görmək olar -- monitorinq qrupu bu cür şikayətləri başqalarından da eşidib, həm də təkcə indi yox. İyulda, sentyabrda "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı bu cür tendensiyalar barədə məlumat verib,- deyə qurumun əlaqələndiricisi Oqtay Güləliyev bildirib. Məsələn, 1 kv m ikiqat divar daşdan tikmək üçün fəhləyə 4 manat verirlər. Onu da ya vaxtında vermir, ya da kəsirlər. Yerli bənnalar qonşu respublikalara üz tuturlar. Orada həmin işə görə 2-3 dəfə çox pul verirlər. Onların yerinə Gürcüstandan işçilər dəvət edilib. Gələnlər işi başa çatdırmayıb və vəd ediləni almadan geri qayıdıblar. Zərər çəkən ailələr işçiləri yeməklə təmin etməlidir, əks halda tikinti aparılmır. "Ərzağımızı fəhlələrlə bölməli oluruq", deyə üç uşaq anası Məryəm bildirir. Yemək kasaddır, amma günəmuzdunu vaxtında almayan işçilər bununla yetərlənməli olurlar. Zəlzələ zonasında kompensasiyanın səsi-sorağı yoxdur. Sadəcə, vaxtı keçmiş ərzaq payı və makarondan ibarət ilkin yardım edilib. İş yavaş gedir, tikinti materialı çatmır. Sabirabadda daşqın zonasında təcrübə əldə edən bənnalar buraya axırda gəliblər. Onlar yavaş, amma itaətkarlıqla işləyirlər.
Qrupun yaydakı gur suları qismən quruyan Muxax çayından özüboşaldan maşınla keçib getdiyi Ələsgər kəndi zəlzələdən daha çox ziyan çəkib. Ləzgi dilli 70 saxur ailəsinin yaşadığı bu dağ kəndində 45 şagirdlik ibtidai məktəbin tikintisi başa çatır, amma evlərin tikintisinə başlanılmayıb. İnşaatçılar bildirir ki, relyef tikinti üçün mürəkkəbdir və əgər ələsgərlilər kəndlərindən köçməyə razılıq versə, ovalıqda onlara ev tikərlər. "Kənddə tibb məntəqəsi yoxdur, rabitə pisdir, yaz-yayda körpüsü olmayan coşqun çay ətraf dünya ilə əlaqəni kəsir, deyə bizi sanki burdan sıxışdırıb çıxarmaq istəyirlər", - yerli sakinlərdən biri bildirir.
Sakinlər yerli bələdiyyə başçısından şikayət edərək onu əhalinin köçürülməsi üzrə kiminsə sifarişini yerinə yetirməkdə ittiham edirlər. Başqa kəndlərin sakinləri də yerli hakimiyyətlərdən bu cür şikayət edir. Dəfələrlə söylənildi ki, evlərin tikintisi üçün 3 min manat rüşvət tələb edilir və FHN adından vasitəçilik danışıqlarını yerli məmurlar -- bələdiyyə və icra hakimiyyəti təmsilçiləri aparır. Tikintidəki iş icraçıları həvəssiz olsa da, hansısa informasiyaları verdilər. Bəlli oldu ki, 1 kv m mənzil smetada 500 manat qiymətləndirilir, yəni 120 kv m-lik ev 60 min manata tikilir. "Bu pula iki ev tikmək olar", deyə Əfqan adlı yerli sakin bildirir. Tikintinin keyfiyyətsiz aparıldığını nəzərə alsaq, qiymət çox şişirdilib.
Qış qapının ağzını kəsib. Dekabrda burda il...