Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih əleyhissalam haqqinda) səninlə mubahisə edən (höcətləşən) kəsə de: Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı , siz öz qadınlarınızı, biz özumuzu, sizdə özunuzu (bizim canımız kimi olan kəsləri) çağıraq sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Huseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi mubahiləyə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)