Yaxınsan , duyarsan pıçıldasam mən ,
Əlimi uzatsam saçlarındadı .
Bəs niyə gözlərin ayrılıq deyir ,
Bəs niyə sözlərin ayrılıq dadır ?
Sənin yollarinda ayrılıq , mənim
Yollarımda qəza - qədər yaşayır .
Mənim ürəyimdə sənin gözlərin ,
Sənin gözlərində kədər yaşayır .
Sənə qovuşmağa gəlirəm , yetər
Bəndənəm , gözünü yola dik Allah !
Bagışla sözumdən dəlilik yagır ,
Sevgidən ölməkdi dəlilik , Allah !