Bu gün ölkənin valyuta bazarına ciddi süni müdaxilələr var. Mən bunu gözülərimlə “ Xalqlar dostluğu” , “28 May” metrosu və Quba bazarında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı və alındı. Bu pullar onların əlinə necə düşüb? Mən buna məəttəl qalmışam. Kim diktə edir bu qara bazara? Belə olacaqdısa, biz valyuta dəyişmə məntəqələrini niyə ləğv etdik?". TM KANAL-ın xəbərinə görə, bunu millət vəkili Yevda Abramov Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinin müzakirələri zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, valyuta dəyişmə məntəqələrinin ləğvi "qara bazar"da möhtəkirlik üçün geniş imkanlar açıb:" Onsuz da valyuta dəyişmə məntəqlərini ləğv etmək effekt vermədi. Bu qədər insan işsiz qaldı".
Y. Abramov qeyd edib ki, dünya gedən iqtisadi böhranla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, dünyada baş verənlər böhran deyil, bu, neft ölkələrini çökdürmək üçün güclü dövlətlərin işidir: "Biz hərəkət etməli, kənara çəkilməməliyik".