25 noyabrda hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayıla hökm oxundu. Hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 il 6 aylıq həbs qərarını qüvvədə saxladı.
Hökmdən öncə, jurnalist birinci instansiya məhkəməsindəki protokolların saxtalaşdırıldığını bildirdi. O, protokola etdiyi qeydlərin ora əlavə olunmadığını açıqladı.
“Bakı Ağır Cinayətlər Məhkəməsində işimə baxılarkən müsadirə olunmaq üçün heç bir əmlakımın olmadığını dedilər. Bu, mənə pis təsir etdi. Dövlətimizin vəziyyəti də pisdir, neftin qiyməti düşür... Qərara gəldim ki, könüllü olaraq əmlakımın siyahısını verim. Londonda 5 mərtəbəli bina var. Binanı 4 şirkət icarəyə götürüb. Həmin binada şirkətlərdən biri də Charlton İnternational Consultaney Limiteddir. Şirkət binanın 4 və 5-ci mərtəbələrini 5 milyon funt sterlinqə icarəyə götürüb. Şirkətlər Vircin adalarında qeydiyyatdan keçiblər. Xarici ölkə vətəndaşları üçün əmlak vergisi çox yüksəkdir, ona görə də bina icarəyə götürülüb”.
Ətraflı OXU:
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646