Yükləmək üçün :
http://mp3.mid.az/mp3/Elvin_Mirzezade_-_Gunahkaram
Söz: Xəzər Süleymanlı
Musiqi: Elvin Mirzəzadə
Aranjman: Rübail Əzimov ( AziRu Music)
Gitara: Elnur Fəttahov
Skripka: İsmayıl Əliyev
Klarnet: Samir Nadiroğlu
Photo Dizayn : Huseyn Mehdiyev
Elvin Mirzəzadə Facebook :
https://www.facebook.com/pages/Elvin-Mirzezade/327973790727646?fref=ts
Sözləri:
1-
Qürurun,evini yıxar deyirdim..
Süzdürüb gözünü,gülürdün mənə,
Qarşına başqası çıxar deyirdim,
Mənə nə yaşatdın,yaşadar sənə...
Günahdır sevəni günahkar bilmək,
Sevgini qoy günah bilməsin heç kim,
Tutaq ki, günahdır sevib-sevilmək,
Həvvanı nə ücün yaratdı Rəbbim?!
nəqarət :
Məncə yerdə qalmaz bu nalə ,bu ah,
Sən mənə sevməyi elədin haram,
Sevməyim günahsa, cəza ver Allah,
Boynuma alıram mən, günahkaram...
2-
Sən mənim qəlbimi qırardın hər gün,
İzah da etməzdin günahım nədir?!
Səhv səndə olsa da,mən üzgün-üzgün,
Deyərdim bağışla, günah məndədir...
Bilirəm sən xoşbəxt deyilsən indi...
Qürurun, mənliyin qırılıb sənin...
Qarşına çıxan öz əməllərindi,
Üzünə çox qapı çırpılıb sənin...
nəqarət :
Məncə yerdə qalmaz bu nalə ,bu ah,
Sən mənə sevməyi elədin haram,
Sevməyim günahsa, cəza ver Allah,
Boynuma alıram mən, günahkaram...