Məhəbbət Kazımov - Alakolum
Alakolum - Sözləri :
Şirin nəğməm , gözəl yurdum,
Alakolum, alakolum.
Mən qürbətdə yuva qurdum,
Alakolum, alakolum.
Bülbül nəğməli kolum,
Bağlı bağçalı kolum.
Həzin nəğməli kolum,
Alakolum, alakolum.
Bu könlümdə tovuz çayı,
Axıb keçər hay - harayı.
Oyadacaq yeri - göyü,
Alakolum, alakolum.
Səslə məni qayıdacam,
Yatan bəxti oyadacam.
Sən ey mənim qalam uca,
Alakolum, alakolum.
Qəriblikdə dayağımsan,
Tovuzuma yaraşırsan.
Dar günümdə bir işıqsan,
Alakolum, alakolum.
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
#mehebbetkazimov
#alakolum