Erməni xüsusi təyinatlılarının Kəlbəcərin Şaplar kəndində girov götürdüyü Dilqəm Əhmədov ermənilərin əlinə düşməzdən öncə Azərbaycana zəng edib.
Bu barədə onun qohumu
Movqe.az saytına açıqlamasında bildirib. Elxan Nəbiyev Dilqəmin Kəlbəcərə keçməzdən öncə onunla da əlaqə saxladığını bildirib: "Biz onunla planlaşdırmışdıq ki, avqustda doğma yurdumuza keçək. Amma bu dəfə o Permdən bir az gec gəlib. Mən isə Hacıkənd tərəfə gəlmişəm. Aşağı düşəndə gördüm Dilqəm mənə zəng edib. Təkrar onu arasam da zəng çatmadı. Bilirsiniz, indi hərə bir söz deyir. Amma Dilqəm ələ keçəsi oğlan deyildi. O, o tərəflərin torpaqlarını addım addım tanıyırdı. Bu birinci dəfə deyildi ki. Dilqəm dəfələrlə Kəlbəcərə, Şaplara gedib, sağ salamat da qayıdıb. Heç ələ keçəcəyini ağlına da gətirmirdi. O deyirdi ki, öz torpağıma keçmək üçün düşməndən icazəmi almalıyam. Çox təəssüf ki, ehtiyatsız davranıb bu dəfə. Araq ələ verib onları. E. Nəbiyev 2012-ci ilin yayında Dilqəmlə Ağdərəyə keçdiklərini, yolu- izi yoxladıqlarını da söylədi: "Mən özüm də bir dəfə təkcə o tərəfə keçmişəm. Amma nə yalan deyim, tək olduğum üçün gecəynən geri qayıtmışam. Dilqəmin başına ermənilər pul qoymuşdu".
E. Nəbiyev bildirib ki, Dilqəmin bir oğulu və bir qızı var, onların hər ikisi evlidi. Dilqəmin saxlanılmasından da xəbərləri var. Rayon icra başçısının birinci müavini Eldəniz Mehtiyev Movqe.az-a açıqlamasında bildirib ki, Dilqəm və Şahbazın dəfələrlə Kəlbəcərə getdikləri barədə onlara da məlumat daxil olub: "Amma biz onlardan Kəlbəcərə gedərkən yox, qayıdanda xəbər tutmuşuq. Biz onların vətən həsrətini anlayırıq. Amma gərək onlar da qarşı tərəfdə düşmən olduğunu anlayardılar. E. Mehtiyev Dilqəm Əhmədovun vətənini sevən, torpağına bağlı insan olduğu barədə məlumatlı olduğunu, bildirib. Onun sözlərinə görə, hətta Dilqəm bu il Kəlbəcərin işğalının ildönümündə, Bakıda tədbirə də qatıldığını bildirib.
Xatırladaq ki, erməni saytları Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əhmədovu ələ keçirdiklərini əks etdirən videogörüntünü yayıblar. Qeyd edək ki, Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illərdir ki,Kəlbəcərə gedir, Ermənistanın işğal etdiyi doğma yurd yerlərindən videoçəkilişlər edirdilər. Düşmən tərəf bu şəxslərin diversant olduğu barədə məlumatlar yayır, onları ermənilərin ölümündə suçlayır. Halbuki onları bu torpaqlara təhlükəli olsa belə getməyə vadar edən səbəb öz doğma torpaqlarına qovuşmaq həsrəti idi.
© Kanal13-ə məxsus hər hansı video material yalnız
youtube.com/kanal13az və ya
youtube.com/tvkanal13 hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://kanal13.tv/
Facebook Official Page:
http://www.facebook.com/tvkanal13
Facebook FanPage:
https://www.facebook.com/kanal13fanclub
Twitter:
https://twitter.com/#!/Kanal13_Baku
http://www.odnoklassniki.ru/kanal13.i...
http://www.odnoklassniki.ru/kanal13.i...
VK:
http://vk.com/id197711591
Mail.Ru:
http://my.mail.ru/mail/tvkanal13/
Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_Tne...
Online Radio BakuFm:
http://baku.fm/
Facebook Official Page:
https://www.facebook.com/RadioBakuFM
© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan