Əziz izləyicilərim yeni "Nəhəng Gəmi" adlı klipimi sizlərə təqdim edirəm.
Söz.Nailə Məmmədova
Mus.Fuad İbrahimov
Aranjıman.Ruslan Səfəroğlu
Rejissor.Zaur Akif oğlu
Kamera.Həsənağa Tağıyev
Nəhəng Gəmi
Dünya dayan dur yerində
Bəsdir aldatdın bizləri
Yüzün aldın birini verdin
Yolda qoydun sən gözləri
Ana baladan ayrıldı
Ata yollarda yoruldu
İçimdə dərdim qovruldu
Nədən aldatdın bizləri
Nəqarət
Ey fırlanan nəhəng gəmi
Saxla düşmək istəyirəm
Bu dünyanın o üzündən
Mən görüşmək istəyirəm
Dərddən yola çıxanlar var
Əcəl əli sıxanlar var
Saxla dünya əllərini
Səndən üzüb düşənlər var
Dayan dünya dur yerində
Yerin gözü üzərimdə
Torpaq tozu gözlərimdə
Saxla düşüm vətənimdə
Nəqarət
Ey fırlanan nəhəng gəmi
Saxla düşmək istəyirəm
Bu dünyanın o üzündən
Mən görüşmək istəyirəm
Müəllif hüquqları qorunur.