“Saçını da yolsan, özünü yerə də vursan çıxmalısan”
Опубликовано: 07 нояб. 2016 г.
Qazax rayonu Çaylı kənd sakini İlham Civişovun qanuni mülkiyyətində olan çayxanadan istifadə etməkdə problemlərlə üzləşir. Qarabağ veteranı olanCivişov deyir ki, ailəsini bu çayxana ilə dolandırır. 13 min manata başa gələn çayxananı işlətməyə yerli icra hakimiyyəti isə imkan vermir. Zorla əllərindən alınır, döyülürlər.
Meydan TV məsələ ilə bağlı Qazax rayon Məhkəməsi ilə əlaqə saxlayıb. Lakin məhkəmədən məsələ ilə bağlı məlumat vermək istəməyiblər.