Bir rinqdə 10 nəfər yumruq davasına çıxır.
Latviyada təşkil olunan küçə davası çempionatı Avropada geniş rezonans yaradıb. Dünyanın ən təhlükəli və zorakı yarışlarından birinə çevrilən çempionatda iki fərqli komandadan olan 5 döyüşçü bir-birlərini əzişdirməyə başlayır, bir-birlərini ölümcül hala salanadək döyürlər.
Kik-boks və ya ənənəvi qaydasız döyüşdən fərqli olaraq, burda rinqin ölçüləri daha böyükdür. Məqsəd isə təkbətək döyüşə yox, əsl küçə savaşına, başqa sözlə desək kütləvi davaya tamaşa etməkdir. Amma rinqdə ara qarışıb, məzhəb itdiyindən kmin nə qədər zərbə aldığını nəzarətdə saxlamaq mümkün olmur. Üstəgəl məğlub olan bir idmançı rinqdən uzaqlaşdıqca, onun komanda yoldaşları rəqib qarşısında təklənir. Hərdən 5 döyüşcü bir rəqibin üstünə düşərək, onu tanınmaz hala salır.
Görüntülərini izlədiyiniz bu döyüş isə tərslikdən ruslarla polyaklar arasında baş verib. Bu iki xalq bir-birinə onsuz da nifrət etdiyindən, polşalı döyüşçülər bir neçə dəqiqədə rusiyalı rəqiblərini pərən-pərən salıb. Onlardan bəziləri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. "Ayaq üstdə qalan son adam" adı verilən yarışda yumruqlar və təpiklər havada uçuşur. Mütəxəssislər isə bu cür yarışın keçirilməsinin əleyhinədir. Minlərlə tamaşaçının gözü qarşısında təşkil olunan kütləvi davada idmançıların ölmə ehtimalı digər idman növləri ilə nisbətdə daha yüksəkdir.
Bununla belə, dünyanın ən zorakı döyüşünə maraq da kifayət qədər artıb. Müxtəlif ölkələrdə yaradılan komandalar Latviyada keçirilən çempionatda iştirak etməyə hazırlaşır.
Salam Siz Bizim Kanalımıza Abunə Olmusunuz ?
Biz Ən Fərqli, Ən Son Xəbərləri Paylaşırıq.
Dünyadan və Bölgələrdən Xəbərlər Bu Kanalda
Zəhmət Olmasa Dəstək Üçün Kanala Abunə Olun!
╚► Subscribe
╚► Подписаться
╚► Abone Ol