Ötən ay Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərin getdiyi, erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun nəzarətindəki strateji yüksəkliyi ələ keçirmək üçün dalbadal həmlələr etdiyi bir vaxtda Rusiyanın Ermənistana tələsik hərbi yüklər çatdırmasına baxmayaraq ermənilər yenə Moskvadan narazıdır. Bu barədə Polşanın Defence24 nəşrinin əməkdaşı Vitold Repetoviçin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.