Azərbaycanın Milli Qəhrəmanı Şəhid Seyid Mübariz İbrahimovun şəhadətinin 4-cü il dönümü münasibəti ilə tədbir keçiriblər.
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, Lənkəran şəhər möminləri Azərbaycanın Milli Qəhrəmanı Şəhid Seyid Mübariz İbrahimovun şəhadətinin 4-cü il dönümü münasibəti ilə Bayraq meydanı yaxınlıqında şadlıq sarayların birində tədbir keçiriblər.
Tədbir Məşhədi Müşfiqin Qurani-Kərimin tilavət olunması ilə başlanıb.
Ardınca Azərbaycan himini oxunduqdan sonra, İlahiyyatçı-alim Hacı Seyyid Elman Ağazadə Şəhid Mübariz İbrahimov haqqında geniş nitqlə çıxış edib. Sonra Qarabağ qazilər nümayəndəsi Əli Səfayi çıxış edib.
Tədbirdə Şəhid Seyid Mübariz İbrahimovun dəfnindən video görüntülər və Qarabağda verilən Azan tədbir iştirakçılarına təqdim olunub.
Sonda Qarabağ qazilərinə hədiyyələr təqdim olunandan sonra "Fərəc" duasının cəmlə oxunuşu ilə tədbir sona çatmışdır.