1139-CU İLDƏ GƏNCƏDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ KƏPƏZ DAĞI UÇDUQDAN SONRA AĞSU ÇAYININ QARŞISI KƏSİLMİŞ VƏ ƏN BÖYÜYÜ GÖYGÖL OLMAQLA TƏRKİBİNDƏ 7 ƏDƏD BÖYÜK, ÜMUMİLİKDƏ İSƏ 19 ƏDƏD GÖZƏL GÖLLƏR ŞƏBƏKƏSI MEYDANA GƏLİB.
ƏTRAFINDA OLAN FÜSUNKAR TƏBİƏTİN GÖZƏLLİYİ, SUYUNUN GÖZ YAŞI TƏK ŞƏFFAFLIĞI İLƏ SEÇİLƏN, ÖZÜNƏMƏXSUS HEYVANLARIN MƏSKƏNİNƏ ÇEVRİLƏN BU GÖLLƏRİN HEYRƏTAMİZ GÖZƏLLİKLƏRİ HƏR BİR KƏSİ HEYRAN EDİR, SANKİ TƏMİZ, PAK BİR DÜNYAYA APARIR.
GÖYGÖL DƏNİZ SƏVİYYƏSİNDƏN 1556 METR YÜKSƏKLİYİNDƏ YERLƏŞİR. UZUNLUĞU 2800, ENİ 800 METRDƏN 1000 METRƏ QƏDƏRDİR. DƏRİNLİYİ 96 METRDİR. GÖLÜN GÖRÜNMƏ QABİLİYYƏTİ 8-10 METRDİR.
GÖYGÖLÜN FAUNASI OLDUQCA ZƏNGİNDİR.
GÖLDƏ QORUNMAQDA OLAN FOREL BALIQLARI YAŞAYIR.
O, AZƏRBAYCANIN DİGƏR ÇAY FORELLƏRİNDƏN XEYLİ FƏRQLƏNİR.
ÖZ MƏNŞƏYİ ETİBARİLƏ GÖYGÖL FORELİ ÇAY FORELİNDƏN ƏMƏLƏ GƏLMİŞDİR. ONLARIN ƏMƏLƏGƏLMƏ TARİXİ GÖYGÖLÜN YARANMA TARİXİ İLƏ BAĞLIDIR. ZƏLZƏLƏ ZAMANI GÖLÜN ƏRAZİSİNDƏ QALAN ÇAY FORELLƏRİ UZUN İLLƏR ƏRZİNDƏ TƏDRİCƏN GÖL FORELİNƏ ÇEVRİLMIŞ, ARTIB ÇOXALMIŞ VƏ ZƏMANƏMİZƏ QƏDƏR GƏLİB ÇATMIŞDIR.
GÖYGÖL SAĞLAMLIQ ÜÇÜN DƏYƏRLİ BİR YERDİR.
GÖYGÖL DÖVLƏT TƏBİƏT QORUĞUNUN ƏRAZİSİNDƏ YERLƏŞİR.
BURA 1925-Cİ İLDƏ AZƏRBAYCANDA YARADILMIŞ İLK QORUQDUR.
2008-Cİ İLDƏN GÖYGÖLƏ MİLLİ PARK STATUSU VERİLDİKDƏN SONRA BURADA EKOLOJİ VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASI VƏ TURİZM İNFRASTRUKTURUNUN YENİDƏN QURULMASI ÜZRƏ KÖKLÜ TƏDBİRLƏR HƏYATA KEÇİİRİLİB.
GÖYGÖL VƏ ONUN ƏTRAFININ MEŞƏ LANDŞAFTI ÖZ TƏBİƏT ZƏNGİNLİYİ VƏ FÜSUNKARLIĞI İLƏ DÜNYADA MƏŞHURDUR.
GÖYGÖL DÖVLƏT TƏBİƏT QORUĞU GÖYGÖL RAYONU ƏRAZİSİNDƏ YERLƏŞİR.
ƏRAZİSİ 6732 HEKTARDIR. ƏRAZİSİNDƏ 423 NÖV AĞAC VƏ KOL, DƏRMAN BİTKİLƏRİ VAR. ƏRAZİDƏ QAFQAZ MARALI, CÜYÜR, AYI, ÇÖL QABANI, DAĞ KEÇİSİ, CANAVAR, TÜLKÜ, ÇAQQAL, PORSUQ, OXATAN KİRPİ, ÇÖL PİŞİYİ, VAŞAQ VAR.
ƏRAZİDƏ İNSANLARIN İSTİRAHƏTİ ÜÇÜN RESTORAN, KAFE, ELƏCƏ DƏ MEHMANXANALAR FƏALİYYƏT GÖSTƏRİR.
GÖY GÖL MİLLİ PARKININ YENİDƏN KÜTLƏVİ İSTIRAHƏT VƏ GƏZİNTİLƏRƏ AÇILMASI İLƏ BAĞLI BURADA EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ TƏRƏFİNDƏN TƏBİƏTİN MÜHAFİZƏSİ VƏ EKOSİSTEMİN QORUNMASI İSTİQAMƏTİNDƏ DAİMİ NƏZARƏT VƏ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİB.
BİR SÖZLƏ, GÖYGÖL ƏRAZİSİNƏ DAXİL OLAN TURİSTLƏR TƏTBİQ EDİLMİŞ QAYDALARA RİAYƏT ETMƏLİDİRLƏR.