23-27 aprel 2015-ci ildə Gürcustanın Tbilisi şəhərində poverliftinq üzrə Avropa çempionatı keçirildi.
Bu beynəlxalq yarışda Azərbaycanın milli yığmasının tərkibində Gəncə şəhərindən olan 2012-ci ildən hal-hazıradək United Aid For Azerbaijan (UAFA) Gəncə İƏRM-nin Bakcell”-in maliyələşdirdiyi idman dərslərindən bəhrələnən 16.10.1994-cü il təvəllüdlü psevdoaxondroplaziya diaqnozlu Namaz Namazov da vardır.
Namaz Namazov ağırlıq qaldırma üzrə tipik idmançılarla yarışaraq 52 kq çəki dərəcəsində 251,5 kq çəkini qaldıraraq Avropa çempionu oldu Bu Namazın ilk uğuru deyil.
O, həm tipik idmançılar və paroolompiyaçılar , həm də ki, xüsusi olimpiyaçılar arasında respublika səviyyəsində keçirilən yarışların da qalibi olmuşdur!
Namaz Namazov Gürcüstanın
www.tvs.ge kanalına müsahibə verərkən UAFA mərkəzindən bəhrələndiyinin qeyd etmişdir. Həmçini həmin yarışda “Bakcell” maykası ilə çıxış etmişdir.