Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 2016-2017-cı il mövsümü üçün keçirilən çempionatda “Xəzər Lənkəran” komandası da yer alıb. Söhbət 17 yaşlı futbolçulardan gedir.
Komandaya əsas heyətin son baş məşqçisi olmuş Ağadadaş Həmidov rəhbərlik edir. Lənkəran təmsilçisi səfərdə oynamaqla yanaşı, həm də doğma meydanda top qovur.Artıq dörd turun geridə qaldığı çempionatda futbolçular üç xal toplaya bilib.
Ağadadaş Həmidov-baş məşqçi: “Üç turda güclü rəqiblərlə görüşmüşük. “Neftçi” peşəkar klubu ilə, “Qarabağ”la,”Vətən”lə bir də “Gəncə” ilə “Gəncə”yə Lənkəranda qalib gəlmişik. Qalam üç oyunu məğlub olmuşuq”
Bu nəticə ilə cənublular “Sumqayıtdan” sonra 9-cu pillədə qərarlaşıb. Komandanın çempionatda işi yaxşı getməsə də, onlar əsasən futbolçuları inkişaf etdirməyi hədəfləyib. Baş məşqçi qarşıdakı oyunlarda daha yaxşı çıxış edə biləcəklərinə inanır.Futbolçular hazırlıqlarını Lənkəranda davam etdirir. Fiziki təlimlərini tam başa vuran Dadaş Həmidovun yetrmələri əsasən taktiki və topla çalışmalara üstünlük verir. “Xəzər Lənkəran” komandası növbəti qarşılaşmasını doğma meydanda keçirəcək. Bu turda cənubluların rəqibi Səbail rayonunun “Fartuna” komandası olacaq.