Astarada yol polislərinin keçirdiyi reyd zamanı xeyli sürücü cərimə olunub. Reyd zamanı bir çox sürücü polislə mübahisə edib. Reyddə sürücülərlə yanaşı yol hərəkəti qaydalarını pozan piyadalar da cərmələnib.
Yoxlanışlar rayon mərkəzi ilə yanaşı Penser və Şahağaci kəndiləri ətrafında da aparılıb. Nitıcidi 100-ə yaxın nəqliyyat vasitəsii saxlanılıb, 50 sürücüyə qarşı inzibati protokol yazılıb. Protokollar əsasən kəmərin vurulmaması, sürücülük vəsiqəsinin olmaması, texniki baxışdan keçməmə, qanunsuz olaraq sərnişin daşınma fəaliyyəti ilə məşqul olan sürücülərlə bağlı yazılıb.
Həmçinin 10-a yaxın piyada da cərimələnib. Reyd zamanı yol polisinin saxla işarəsinə məhəl qoymayaraq aradan çıxmaq istəyən sürücülərə də rast gəlinib.