Azərbaycanlı kriminal avtoritet erməni biznesmenin qulağını kəsdi
Azərbaycanlıları döydürən erməni biznesmenin qulağı necə kəsildi?
Kriminal aləmdə Mirniy Rəşad kimi tanınan Rəşad Lənkəranski Rusiya, Qafqaz və Azərbaycanda sayılıb seçilən avtoritetlərdəndir.
Ağayev Rəşad Mahiroviç 1990-cı ildə Lənkəran şəhərində anadan olub. Rusiyanın Novıy Urenqoy şəhərində böyüyüb boya başa çatdığı üçün ona Mirniy ləqəbi verilib. 2004-cü ildə, yəni 14 yaşında Rusiyada bir il müddətinə həbs edilib. Həmin zamanda Zek razborkasında özündən beş yaş böyük rus oğlanla dalaşıb və ona 3 bıçaq zərbəsi vurub. 2007-ci ildə Rusiyada kriminal avtoritet kimi tanınan erməni Armen ləqəbli Edqar Avqanyansanı Moskvada güllələyib. Rəşad onu ayağında yaralayıb və sağ qulağını kəsib. Rəşad Lənkəranskinin onu vurmasının səbəbi Rusiyada yaşayan azərbaycanlı sahibkarlara və bazarda xırda ticarətlə məşğul olan şəxslərə qarşı olan təhdidi idi. Onlardan hətta artıq qanunsuz pul vəsaitinin alınması olub. Həmin il üzərində silahla tutulub. Erməni biznesmenlər Rəşad Lənkəranskinin başına 3 milyon dollar pul qoyublar. Bundan sonra Rəşad Daxili İşlər Nazirliyi və Ədliyyə nazirliyinin nəzarətinə götürülüb. Rəşad Lənkəranski uzun müddət Bakının Əhmədli qəsəbəsində vəziyyətə baxıb. Bu yerlərdə hər bir ciddi razborkada söz sahibi olub. 2007-ci ildə qanuni oğru Yura qans ləqəbli avtoritetlə Tümen vilayətində atışıb. Onu qarın nahiyyəsindən və ayaqlarından güllələyib. Dava yenə də azərbaycanlılar üstündə düşüb. Rəşad Lənkəranski gənclik illərində daim Rusiyada azərbaycanlıların müdafiəçisi olub. O, millətpərəstliyi ilə qonşu ölkədə ad çıxarıb. Bütün razborkalarda xalqını sevdiyini, onun hər bir vətəndaşı üçün döyüşməyə hazır olduğunu deyib. Və bu dediklərini öz əməlləri, avtoritet kimi fəaliiyəti sübut edir. Bir dəfə Rəşad Lənkəranski Rusiya vilayətində restoranlardan birinin qarşısında tanımadığı həmyerlisi Çingiz Əhmədovun iki erməni vətəndaşı ilə mübahisə etdiyini görüb və dərhal o tərəfə yönəlib. Mübahiyəsə qarışan zaman erməni vətəndaşının azərbaycanlılara qarşı işlətdiyi nalayiq sözləri, azərbaycanlılara söydüyünü eşidib. Və buna dözməyən Rəşad Lənkəranski həmin zaman ermənilərdən birinə 4 bıçaq zərbəsi vurub. Üzünə şram ataraq yaralayıb. Rəşad bu da azərbaycanlılardan sizə xatirə olsun deyib. Bu zaman hadisə yerinə polislər gəlib. Rəşadla yerlisi Çingiz Əhmədov həmin yerdən aralaşıblar. O hadisədən bir müddət keçəndən sonra Rəşadın düşmənləri artıb. Rəşad Lənkərnaski Rusiyada mafya başçısı olur. Və həmin ərəfələrdə kimliyi bəlli olmayan killer tərəfindən atəşə məruz qalaraq yüngül bədən xəsarətləri alan Rəşad mərkəzi xəstəxanaya yerləşdirilir. O zaman Rəşadın qruplaşması bu sui-qəsdlə bağlı şübhələndikləri düşmənlərdən 3 nəfəri güllələyərək öldürürlər. Onun qruplaşması Rəşad Lənkəranskini xəstəxanadan çıxaran zaman polislər onların izinə düşürlər. Və Rəşad ələ keçir, 2012-ci ildə Azərbaycan ekstradisiya edirlər. 2013-cü ildə Azərbaycanda mafya başçısı olduğuna görə, 12 il müddətinə azadlıqdan məhrum edilir. 2014-cü ildə Mirniy Rəşad Rənkəranskini oğrular tərəfindən taclandırılacağı gözlənilirdi. Lakin o həbsdə olduğu üçün bu sxodka saxlanıldı. Hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində ciddi rejimdə 6 ildir ki, saxlanılır. Rəşad Lənkərnaski olduğu bütün həbsxanalarda qanuni oğruya məxsus şəkildə saxlanılır.