KÖLƏLİYİNDƏN MƏMUN, BU NECƏ XALQDI ALLAH?
Bu necə məmləkətdi,bu necə haqdı,Allah?
Köləliyindən məmun,bu necə xalqdı, Allah?
Özü qul,övladın da ,sabaha qul böyüdür
Bu nəyin cəzasıdır ,bu nə günahdı Allah?
Bütöv bir xalq ümidsiz, sabaha gümanı yox ,
Günü-gündən pis gələn,bu nə sabahdı,Allah?
Yurdu əldən gedənin,,namusu getmiş demək ,
Kişi-kişi başımda bu nə papaqdı,Allah?
Laçındakı evimdə düşmən çıragı yanır,
Qaçqın villalarımda ,nə çilçıraqdı, Allah?
Babamın məzarında düşmən donuz otarır,
Mən yardım dilənirəm,,bu nə əxlaqdı ,Allah.?
Ayaga qalxmalıykən ,mürgü vuran ogullar,
Toylarda qan-qan deyir, necə qocaqdı ,allah.?
Üzə durmaqla "kişi"evə çörək aparır,
Nə iyrənc zəmanədir,nə iyrənc vaxtdl,Allah.?
Bu necə məmləkətdi,bu necə haqdı,Allah?
Köləliyindən məmun,bu necə xalqdl ,Allah?
müəllif: İlqar Mahmud
səsləndirir: Roma Xosrov