Ecazkar səsin,zümzümənin sədası bu gün də çoxlarının qulaqlarından getmir. Böyük səsə sahib olmaq çox zaman qarşılığında kasıblıq, təklik və kimsəzilik acısını bəxş edir.
Bir zamanlar Gəncəbasar toyları zil səsi, bülbül kimi ahəngi olan azman aşıq Sədaqətin ifası ilə süslənir, Hətta , bu günün özündə məhəlli adlanan , bu rayondan , o biri rayona keçmyən aşıq ifaları o zamanlar öz sözünü deyə bilir. Moskvada Ümumittifaq tədbirində ilk medalı Sədaqət gətirir. Bu idi, Bolşoy tetrın səhnəsini müştaq edən səs sahibi.
Həyatın səhvləri ən çox qoca olanda aşkara çıxır. Bu gün bir zamanlar dünyanı fəth edən Sədaqət aşığın miskin və yazıq görünüşü ədalətsiz taleyin bir göstəricisidir. Dalğa kimi kükrəyən bir səs sahibi, Bir Allah vergisinin yiyəsi bü gün Alllaha da, bəndəyə də möhtacdır.Bu yaxınlarda Aşıq Sədaqətin həyat yolu haqqında yazdığım hekayəni çapa göndərəcəyəm.Qoy, Tanrı köməyində dursun,ustad...