Singer : @sabinaaliyeva
Rejissor : İlham Yaşaroğlu
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Söz: Şəhruz Masallı
Mus: Qurban Nəzərov
Aranjiman: Rövşən Muhammed
MixMasterinq: Rubail Azimov
Mua&hair : Sehrin Rəsulova
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
"Qara gecələr"
İlk dəfə gördükdə səni yarım,
Məhəbbətin sehrinə aldandım
Baxışların etdi məni viran
Sevib bilmədən sənə bağlandım
Gözlərində qaldı gözüm getdin
Söylədin əlvida sözünü getdin
Ayrılmışıq məndə günah görmə
Get demədim sən ki, özün getdin!
Qara gecələr dərdimə sirdaşdır
Ağlamasam da gözlərim yaşdır
Sən mənə rəhm eyləmədin, zalım
Bilməz idim sənin ürəyin daşdır.
Açıb qəlbimi eylədim söhbət
Dalğalanıb mavi dəniz coşdu
Dalğalar da xəbər verdi xəlvət
Ayrılığımıza nəğmələr qoşdu
Düşündükcə xəyallarda azdım
Ölən məhəbbətimə məzar qazdım
Dəfn eləyib ürəyimə basdırdım
Başdaşına vəfasızdır yazdım!
Qara gecələr dərdimə sirdaşdır
Ağlamasam da gözlərim yaşdır
Sən mənə rəhm eyləmədin, zalım
Bilməz idim sənin ürəyin daşdır.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°