İlk andımız, son andımız Turandı
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Əvvəl-axır dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Əvvəl-axır dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Əvvəl-axır dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Əvvəl-axır dünya bizim olacaq.
"Zəlimxan Yaqub"
Çırpınırdın qaradəniz
Oxuyur: Azərin
Sözlər: Əhməd Cavad
Bəstə: Üzeyr hacıbəyov
Çırpınırdın qaradəniz
Baxıb Türk'ün bayrağına
Ah ölmədən bir görsəydim
Düşəbilsəm toprağına
Sırmalar sarsam qoluna
İncilər düzsəm yoluna
Fırtınalar dursun yana
Yolver Türk'ün bayrağına
Fırtınalar dursun yana
Səlam Türk'ün bayrağına
qafqaslardan aşacağız
Türklüy e şan qatacağız
Türk'ün şanlı bayrağını
Turan elə asacağız
Azərbaycan bayrağını
Qarabağda asacağız