Yanvarın 12-də Ağcabədidə bahalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçirilib. Bu haqda aksiya iştirakçıları Meydan TV-yə məlumat veriblər. Məlumatda aksiyaçılardan 3 nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istədikləri də qeyd olunub. Aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.
Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Gülmalı Orucovun açıqlamasına görə isə “Mətbuatda yayılanların hamısı şayiədir. Sadəcə olaraq, bu gün 3 nəfər binanın üstünə çıxaraq intihara cəhd edib, lakin operativ tədbirlərin nəticəsində onların həyatını xilas etmək mümkün olub”. Hazırda növbətçi hissədə olan Gülmalı Orucov bildirdi ki, rayonda etirazların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ətraflı OXU:
http://www.meydan.tv/+v1k18
Kanala abunə ol -
https://goo.gl/TcM9Fm
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646