Mən Talışam dediyimiz üçün bizi bölücülükdə ittiham edənlər bu videoya mütləq baxsınlar."Yeni musavat" saytı tərəfindən hazırlanan bu sorğuya müsahibə verən "Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi"nin sədri Azər Rəşidoğlu açıq-aydın türk şovinizmini təbliğ edir,bütün Azərbaycan vətəndaşlarını türk,türkləri isə üstün xalq kimi qələmə verməyə çalışır.Öz adı Azər olmasına baxmayaraq Azərilərə dilənçi deyərək təhqir etməsindən də heç utanmır...
Yanlış anlaşılmasın deyə əlavə etmək istəyiri ki,biz heçkimin öz milli kimliyini bəyan etməsinə qarşı deyilik .Amma burda bütün Azərbaycanlıların türkləşdirlməsi artıq assmiliasiya siyasətindən xəbər verir.
Zatən yüz ilə yaxındırki, məqsədi turan imperiyası qurmaq olan türkçülər Azərbaycandakı,qeyri türkləri assimilə etməyin yollarını axtarmış, "Azərbaycançılıq" siyasətidə onların işinə yarayan idealogiyalardan biri olmuşdur.İlk öncələr "Hamımız Azərbaycanlıyıq" deyərək insanları milli kimliklərindən uzaqlaşdırmaqa,bir yandan da türk dilini bildiyi üçün bütün Azərbaycanlıların türk olduğunu isbat etməyə çalışmışlardır.Son 20 il də isə bu siyasət artıq pik həddinə çatmışdır.Dövlətin dəstəyi ilə aparılan bütün elmi(tarix,dilçilik vs) araşdırmalar Azərbaycanlıların türkləşdirilməsinə hesablanmışdır.Bu siyasətə qarşı çıxanlar da agent,türk düşməni kimi damğalanmışdır.Bu günə kimi Azərilərin türk olmadığını,Səlcuqluların,Monqolların bölgəni istila etməsindən sora dillərinin türkləşdiyini bəyan edən tarixçilər bu pantürkçülərin təziqlərinə məruz qalmışlardır...
Bununlada bitmir: "Müstəqillik"dən bu yana milli-azlıqların hüquqlarının tapdalanması,azərbaycanlı kimi qeydiyyata alınması bu siyasətə xidmət etmişdir. Misal üçün: beynəlxalq araşdırmalar sübut edir ki, Azərbaycanda 1 milliyondan çox talış yaşayır. Amma Talışlar Azərbaycanlı kimi qeydiyyata alınaraq cəmi 120 min kimi göstərilməkdədir.Talış fəalları nəqədər buna etiraz etsələrdə həmişə bu "Yeni musavat"qəzeti problemi ört-bastır etməyə çalışmış və Talış fəallarına rus,iran agenti damğası vurub şərləmişdir. Bu və başqa pantürkçü,şovinizim siyasətinin sayəsindədir ki, Novruzəli Məmmədov haqqsız həbs edilib,zindanda qətlə yetirilmiş,Hilal Məmmədov da eyni ittihamlarla həbs edilmişdir.