Mərhum Ayətullah Mirzə Cavad
Mələki Təbrizi Əl-Muraqibat
kitabında tövbə namazının
fəzilətlərinə toxunmuş və yollarını
bizə öyrətmişdir. Hər birimiz məsum
olmadığımız üçün, gün ərzində çox
sayda günahlar edirik. Ayıq və
bəsirətli insanlar günahlarını dərk
edən kimi tövbə edir və Allaha
qayıdırlar. Etdikləri işdən peşman
olub, bir daha həmin günaha
qayıtmayacaqlarına söz verirlər.
Tövbə dildə istiğfar deməklə bitməz.
Öz şərt və şəraiti vardır ki,
bilməyimiz faydalıdır. Əziz
Peyğəmbərdən (s) belə bir hədis
gəlib çatmışdır. Peyğəmbərimiz (s)
Zilqədə ayının bazar günlərinin
birində evindən çıxır və üzünü
tərəfdaşlarına çevirib buyurur: Ey
insanlar! Sizlərdən kim tövbə etmək
istəyir?. Hamısı tövbə etmək
istədiklərini bildirdilər. Həzrət
Peyğəmbər (s) buyurdu: Qüsl (tövbə
qüslü) və dəstəmaz (tövbə
dəstəmazı) alın. Sonra dörd rükətli
namaz qılın. Hər rükətdə 1 dəfə
Həmd, 3 dəfə Tövhid, 1 dəfə Fələq və
1 dəfə də Nas surələrini deyin. Sonda
70 dəfə istiğfar edin və onu Lə həvlə
və lə quvvətə illə billahil-əliyyil-
azim cümləsi ilə tamamlayın. Sonra
isə bu duanı oxuyun: Ya Əzizu, ya
Ğəffar. İğfirli zunubi və zunubə
cəmiyəl-muminin və muminat.
Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt.
(Ey Əziz, ey Bağışlayan! Ey Mehriban!
Mənim günahlarımı, bütün mömin
qadın və kişilərin günahlarını bağışla.
Çünki Səndən başqa heç kim
günahları bağışlamaz). Həzrət
Peyğəmbər (s) buyurur: Elə bir
müsəlman yoxdur ki, bu namazı
qılsın və ona səmadan nida edilməsin
ki: Ey Allahın bəndəsi! Sənin tövbən
qəbul olmuşdur. Günahların
bağışlanmışdır. İndi işlərinə yenidən
başla. Başqa mələk ona deyər: Ey
Allahın bəndəsi! Xoş olsun halına!
Mübarək olsun sənə və ailənə. O biri
mələk deyər: Ey Allahın bəndəsi!
İmanla öləcəksən, din səndən uzaq
olmaz. Qəbrin geniş və nurani olsun.
Cəbrayil (ə) nida edər: Qəlbini xoş
saxla ki, mən ölüm mələyi ilə bir
yerdə yanına gələcəyəm və ona əmr
edəcəyəm ki, səninlə merhiban
olsun. Səni heç incitməsin. Ruhunu
cismindən yavaş çıxartsın.
Peyğəmbərdən (s) soruşurlar ki, bu
namazı başqa bir aylarda da yerinə
yetirmək olarmı? Əgər başqa zaman
yerinə yetirilsə, həmin savaba malik
olacaqdırmı? Həzrət (s) buyurur:
Həmin savaba malikdir. Bunları
Cəbrayil (ə) merac gecəsi mənə
öyrətmişdi. Allah Təala bizləri həqiqi
tövbəkarlardan qərar versin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев