Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Ana olmağa hazırlaşırdı, əri ilə birgə öldü
Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.
Fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Onların dəm qazından zəhərlənib öldüyü bildirilir.
Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
SON XƏBƏR
2 комментария
5 классов
Səidə Bəkirqızı: Şəhid atası insanların başına oyun açır...
SON XƏBƏR
2 комментария
9 классов
Görəsən bu kimdən kimə şikayət edir?! 🤔🤔🤔
SON XƏBƏR
1 комментарий
36 классов
“Polisə ictimai dəstəy”in adı dəyişdirildi
“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” DİN Kollegiyasının 2016-cı il 20 aprel tarixli Qərarında dəyişiklik edilib.
Nazir Vilayət Eyvazovun imzaladığı qərarla həmin sənədin 1.2.1. 1-ci hissəsində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “polisə ictimai dəstək” sözləri “mülki inspektor” sözləri ilə əvəz edilib.
Bundan başqa, polislə birgə işləyən mülki işçilərin geyim formaları, vəsiqələri və döş nişanlarında da dəyişiklik edilib.
2-ci fotoda: Əvvəlki geyim forması
SON XƏBƏR
0 комментариев
0 классов
Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev
Giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırıram.
Bunu Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycanın onu “arzuolunmaz şəxs" etməsilə bağlı rus mətbuatına açıqlamasında deyib.
Valuyev bu qərarı mübahisələndirməyəcəyini bildirib:
"Təəccübləndim. Baxın, mənim Teleqram kanalımı izləyin, nəticə çıxarın. Əgər bu, belə bir qərar üçün səbəb ola bilərsə, deməli, emosiyalar belədir. Bu məsələ məni ümumiyyətlə narahat etmir. Düşünürəm ki, diplomatiyada emosiyaların rolu olmamalıdır. Əsl səbəblər mənə aydın deyil. Mübahisələndirmək? Bunun nə mənası var? Mən o yerlərə getməyə xüsusi maraq göstərməmişəm, buna görə də mübahisələndirməyə, necə deyərlər, dəyərmi? Bəli, təəccübləndim".
Deputat əlavə edib ki, giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırır:
"Fikirləşirəm ki, rəsmi sənəd almaq lazımdır. Biz sorğu yazacağıq. Kiminsə yazdığı bir şeyə görə danışmaq istəmirəm, çünki rəsmi şəkildə mənə heç bir bildiriş gəlməyib. Mənə deyirlər ki, bunu şərh et, amma ortada rəsmi bir reaksiya və ya bildiriş yoxdur ki, mən artıq orada arzuolunmaz şəxsəm".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycan dövləti və xalqı əleyhinə təhqiramiz ifadələr işlətmiş, ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edib.
4 комментария
2 класса
Mehman Hüseynov: Yol polisi rüşvət alarkən kamerama tuş gəldi...
SON XƏBƏR
2 комментария
38 классов
Gənc müəllim faciəvi şəkildə öldü
Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Şamaxı şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
O, Göylər kənd 2 saylı orta məktəbdə tarix müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR
0 комментариев
0 классов
Aydınxan Əbilov yenə quşladı...
SON XƏBƏR
2 комментария
7 классов
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu
“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.
Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.
Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır”, - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, bu yaxınlarda Nikolay Valuyev “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına və ölkəmizə qarşı təhqiramiz ifadələrə yer verib.
SON XƏBƏR
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!