Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Ucarda 14 avtomobil toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Bakıda bu yollarda sıxlıq var -SİYAHI
Bu BÜRCLƏRDƏN ayrılmaq cəhənnəmdir
Sabahın havası çoxlarını sevindirəcək - PROQNOZ
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
saat 06.42
Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:
1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,
2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,
1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,
1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,
1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,
1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,
1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,
1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,
1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,
1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,
2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu
1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
***
03:56
Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.
Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.
SON XƏBƏR
1 комментарий
1 класс
“Tramp bu zamana qədərki ən yaxın dostumuzdur” - Netanyahu
“Donald Tramp bu vaxta kimi Ağ Evdə əyləşən ən yaxın dostumuzdur”.
Bunu İsrail Baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Netanyahu Qəzza ilə bağlı ortaq strategiya üzərində ABŞ ilə hərtərəfli əməkdaşlıq üzrə işlədiyini bildirib:
“İsrail və ABŞ İran təhlükəsinə qarşı birgə mübarizə aparır. İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.
ABŞ və İsrailin Qəzza ilə bağlı da ortaq mövqeyi olduğunu deyən Netanyahu, bütün israilli girovların azad edilmədiyi təqdirdə “cəhənnəm qapılarının” yenidən açılacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu, Rubionun ABŞ-nin baş diplomatı kimi Yaxın Şərqə ilk səfəridir. O, həmçinin Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırır.
SON XƏBƏR
1 комментарий
1 класс
Fələstin adlandırılan yer İsrail torpağıdır - Saar
Fələstin adlandırılan yer İsrail torpağıdır.
Bunu İsrail xarici işlər naziri Gideon Saar Münhen Təhlükəsizlik Konfransında fələstinli müxbirin sualını cavablandırarkən deyib.
“Fələstinlilər öz dövlətlərini qurmaqdan daha çox İsraili məhv etməkdə maraqlıdırlar. Bizim təxribatdan heç vaxt əl çəkməyən düşmənimiz var. Fələstin adlandırdığınız yer İsrail torpağıdır”, - nazir bildirib.
SON XƏBƏR
2 комментария
0 классов
Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev
Giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırıram.
Bunu Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycanın onu “arzuolunmaz şəxs" etməsilə bağlı rus mətbuatına açıqlamasında deyib.
Valuyev bu qərarı mübahisələndirməyəcəyini bildirib:
"Təəccübləndim. Baxın, mənim Teleqram kanalımı izləyin, nəticə çıxarın. Əgər bu, belə bir qərar üçün səbəb ola bilərsə, deməli, emosiyalar belədir. Bu məsələ məni ümumiyyətlə narahat etmir. Düşünürəm ki, diplomatiyada emosiyaların rolu olmamalıdır. Əsl səbəblər mənə aydın deyil. Mübahisələndirmək? Bunun nə mənası var? Mən o yerlərə getməyə xüsusi maraq göstərməmişəm, buna görə də mübahisələndirməyə, necə deyərlər, dəyərmi? Bəli, təəccübləndim".
Deputat əlavə edib ki, giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırır:
"Fikirləşirəm ki, rəsmi sənəd almaq lazımdır. Biz sorğu yazacağıq. Kiminsə yazdığı bir şeyə görə danışmaq istəmirəm, çünki rəsmi şəkildə mənə heç bir bildiriş gəlməyib. Mənə deyirlər ki, bunu şərh et, amma ortada rəsmi bir reaksiya və ya bildiriş yoxdur ki, mən artıq orada arzuolunmaz şəxsəm".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycan dövləti və xalqı əleyhinə təhqiramiz ifadələr işlətmiş, ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edib.
5 комментариев
2 класса
Suriya prezidenti Azərbaycana dəvət edildi
İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranı Azərbaycana dəvət edib.
Bu barədə İlham Əliyev Əhməd əş-Şaraya məktubunda bildirib.
"Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm", - məktubda qeyd olunub.
SON XƏBƏR
1 комментарий
1 класс
Şolts siyasətdən gedəcəyini açıqladı
Almaniya kansleri Olaf Şolts kansler vəzifəsini tərk etdikdən sonra siyasətdən də uzaqlaşacağını açıqlayıb.
Şolts bu barədə jurnalistlərə açıqlamasında deyib.
SON XƏBƏR
1 комментарий
0 классов
Ukraynanın uğursuzluğu ABŞ-ı zəiflədər - Leyen
Ukraynanın uğursuzluğu Avropa ilə bərabər, ABŞ-ı da zəiflədər.
Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında deyib.
Leyen qeyd edib ki, vəzifələri yalnız bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil:
"Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".
SON XƏBƏR
1 комментарий
0 классов
Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı
Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.
Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.
Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakininin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.
SON XƏBƏR
1 комментарий
2 класса
МИД Польши рассказал о созванном Макроном экстренном саммите в Париже
Президент Франции Эммануэль Макрон созывает европейских лидеров на экстренный саммит в Париже в понедельник, 17 февраля, заявил польский министр иностранных дел Радослав Сикорский на Мюнхенской конференции по безопасности, передает Politico.
О встрече, намеченной на понедельник, также рассказали изданию два чиновника ЕС. Однако, как отмечает Politico, неизвестно, приглашены ли на него все европейские лидеры, или только отдельная группа.
«Я очень рад, что президент Макрон вызвал наших лидеров в Париж», — сказал Сикорский. Польский министр ожидает, что европейские лидеры «очень серьезно» обсудят вызовы, которые бросил президент США Дональд Трамп.
Сикорский также заявил, что американский лидер использует «метод работы, который русские называют razvedka boyem». «Вы давите и смотрите, что происходит, а затем меняете позицию. И нам нужно реагировать», — сказал польский министр.
Американский президент в среду, 12 февраля, провел телефонный разговор с российским коллегой Владимиром Путиным. Во время беседы они договорились о начале переговоров по Украине. Позднее Трамп анонсировал встречу по урегулированию высокопоставленных представителей Москвы и Вашингтона в Саудовской Аравии. Источники Bloomberg сообщили, что она пройдет уже на следующей неделе, а в конце месяца может состояться встреча глав государств. Кремль ранее назвал США «главным визави» в мирных переговорах по Украине.
15 февраля посланник президента США по Украине Кит Келлог заявил, что не видит Европу за столом переговоров. Однако, по его словам, интересы европейских стран будут учтены.
Источник: РБК
1 комментарий
0 классов
Səidə Bəkirqızı: Qazi qadını şantajla hədələyir...
SON XƏBƏR
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!